...

Paytaxtda ağır yol qəzası - ölən və yaralananlar var

Hadisə Materials 11 Avqust 2017 11:45 (UTC +04:00)
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Paytaxtda ağır yol qəzası - ölən və yaralananlar var

Bakı. Trend:

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Qəzanın baş verməsi nəticəsində Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti