...

Ağdaşda 6 otaqlı ev yanıb

Hadisə Materials 20 Avqust 2017 00:37 (UTC +04:00)
Ağdaş rayonu, Yuxarı Ləki kəndində yanğın qeydə alınıb
Ağdaşda 6 otaqlı ev yanıb

Bakı.Trend:

Ağdaş rayonu, Yuxarı Ləki kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağdaş rayonu, Yuxarı Ləki kəndində ümumi sahəsi 400 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Evə talvar və tövlə yanğından mühafizə olunub.

Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti