...

Dənizdə batan şəxs xilas edilib

Hadisə Materials 22 Avqust 2017 19:05 (UTC +04:00)
Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.
Dənizdə batan şəxs xilas edilib

Bakı. Trend:

Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti