...

Cəlilabadda 1 nəfər göldə batıb

Hadisə Materials 27 Avqust 2017 20:26 (UTC +04:00)

Bakı. Trend:

Cəlilabad rayonu, Abazallı kəndində 1 nəfər göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1991-ci il təvəllüdlü Hümbətov Şahmar Habil oğlunun cəsədi tapılıb sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:55-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti