...

65 yaşlı Bakı sakininin meyti aşkarlandı

Hadisə Materials 12 Sentyabr 2017 14:16 (UTC +04:00)
Bakıda mənzildə meyit aşkarlanıb.
65 yaşlı Bakı sakininin meyti aşkarlandı

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildə meyit aşkarlanıb.

Trend-ə FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1952-ci il təvəllüdlü Şıxəliyev Yusif Ataman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:03-də başa çatıb.​

Xəbər lenti

Xəbər lenti