...

Kürdə 10 gün əvvəl batmış 6 yaşlı uşağın meyiti tapılıb

Hadisə Materials 15 Sentyabr 2017 15:42 (UTC +04:00)
2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb.
Kürdə 10 gün əvvəl batmış 6 yaşlı uşağın meyiti tapılıb

Bakı. Trend:

Kürdə 10 gün əvvəl batmış 6 yaşlı uşağın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 6-da Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb.

O.Hətəmzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti