...

Xaçmazda 8 otaqlı ev yanıb

Hadisə Materials 16 Sentyabr 2017 04:27 (UTC +04:00)
Xaçmazda yanğın qeydə alınıb
Xaçmazda 8 otaqlı ev yanıb

Bakı. Trend:

Xaçmazda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Nərəcan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli 8 otaq və 1 aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksıyaları 77 m2 sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti