...

Qadının çantasını alaraq qaçan şəxs tutulub (FOTO)

Hadisə Materials 29 Sentyabr 2017 16:29 (UTC +04:00)
“Əhmədli” stansiyasının yaxınlığında naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində 100 manat olan çantasını açıq talama yolu ilə alaraq qaçıb.
Qadının çantasını alaraq qaçan şəxs tutulub (FOTO)

Bakı. Trend:

Qadının çantasını alaraq qaçan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, metronun “Əhmədli” stansiyasının yaxınlığında naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində 100 manat olan çantasını açıq talama yolu ilə alaraq qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 3-cü Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışları həyata keçirilib. Qadının çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs qısa zamanda zərərsizləşdirilib.

Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Qobustan rayon sakini Rəfayət Şikarov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti