...

Şabranda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var

Hadisə Materials 19 Oktyabr 2017 04:37 (UTC +04:00)
Şabranda yol qəzası baş verib
Şabranda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var

Bakı. Trend:

Şabranda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən hissəsində “Shacman” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər “Shacman” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti