...

Bərdədə tapança və qumbara gəzdirən şəxs saxlanılıb

Hadisə Materials 26 Oktyabr 2017 17:34 (UTC +04:00)
Bərdədə üzərində silah gəzdirən şəxs saxlanılıb.
Bərdədə tapança və qumbara gəzdirən şəxs saxlanılıb

Bakı. Trend:

Bərdədə üzərində silah gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Abbasovu idarə etdiyi “Mitsubishi” markalı avtomobillə birlikdə saxlayaraq Polis Şöbəsinə gətiriblər.

Baxış zamanı onun üzərindən nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin aşkar edilib.

“Mitsubishi” markalı avtomobilə baxış keçirən polis əməkdaşları oradan “F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling də aşkar edərək götürüblər.

Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti