...

Daşkəsəndəki meşə yanğını söndürüldü - dəymiş ziyanın həcmi müəyyənləşdirilir (YENİLƏNİB)

Hadisə Materials 31 Oktyabr 2017 09:27 (UTC +04:00)
Daşkəsən rayonunda meşə təsərrüfatında baş verən yanğın söndürülüb.
Daşkəsəndəki meşə yanğını söndürüldü - dəymiş ziyanın həcmi müəyyənləşdirilir (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 09:27-də yayılıb)

Bakı. Trend:

Daşkəsən rayonunda meşə təsərrüfatında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb.

Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə bildirilib ki, oktyabrın 30-da axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində baş vermiş yanğın səhər saat 8 radələrində tam söndürülüb.

Yanğının baş verdiyi ərazi yüksək dağlıq sahəni əhatə etdiyindən, eyni zamanda güclü küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinliklər yaratmışdı. Bütün bunlara baxmayaraq, ETSN və FHN-nin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub.

Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti