...

Hadisə yerindən qaçan sürücü tutulub - cinayət işi başlanıb

Hadisə Materials 1 Noyabr 2017 14:52 (UTC +04:00)
Oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonu 10 saylı qəsəbə ərazisində naməlum sürücünün idarə etdiyi traktor hərəkətdə olarkən piyada - 1983-cü il təvəllüdlü Yunusov Zaur Vəli oğlunu vuraraq hadisə yerindən qaçıb, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Hadisə yerindən qaçan sürücü tutulub - cinayət işi başlanıb

Bakı. Trend:

Oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonu 10 saylı qəsəbə ərazisində naməlum sürücünün idarə etdiyi traktor hərəkətdə olarkən piyada - 1983-cü il təvəllüdlü Yunusov Zaur Vəli oğlunu vuraraq hadisə yerindən qaçıb, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fakta görə Cəbrayıl rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1953-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Rzaquliyev Rzaqulu Bəyiş oğlu tərəfindən onun idarə etdiyi “Belarus” markalı traktorla törədilməsi müəyyən edilib. R.Rzaquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti