...

Zəlzələ nəticəsində Tərtərdə 3 ev dağılıb

Hadisə Materials 16 Noyabr 2017 09:24 (UTC +04:00)
Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçulub.
Zəlzələ nəticəsində Tərtərdə 3 ev dağılıb

Bakı. Samir Əli-Trend:

Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçulub.

Bu barədə Trend-ə Tərtər rayon Icra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi dağılıb, 6 evə ziyan dəyib:

"Hələlik dəqiqləşdirmələr aparılır. Ziyan dəyən evlərin sayı arta bilər".

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti