...

Günün ikinci zəlzələsi oldu - Yenə Xəzərdə

Hadisə Materials 22 Noyabr 2017 15:12 (UTC +04:00)
Xəzərdə bu gün ikinci zəlzələ qeydə alınıb.
Günün ikinci zəlzələsi oldu - Yenə Xəzərdə

Bakı. Trend:

Xəzərdə bu gün ikinci zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:25:43-də Xəzər dənizində baş verib. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan öncə səhər saatlarında Xəzər dənizində daha bir zəlzələ olub. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, təkanlar yerli vaxtla saat 08:36-da qeydə alınıb.

Məlumata görə, maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti