...

Bərdədə mağaza və anbar yanıb

Hadisə Materials 27 Noyabr 2017 14:00 (UTC +04:00)
Bərdə rayonuda yanğın faktı qeydə alınıb.
Bərdədə mağaza və anbar yanıb

Bakı. Trend:

Bərdə rayonuda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Güloğlular kəndində bir çardaq altında tikilmiş ümumi sahəsi 60 m2 olan mağazanın anbarının dam örtüyünün və tavanının yanar konstruksiyaları 36 m2 sahədə, ümumi sahəsi 52 m2 olan aptekin lambirdən ibarət tavanı 20 m2 sahədə və hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 60 m2 olan digər mağazanın lambirdən ibarət tavanı 10 m2 sahədə yanıb. Mağazaların və aptekin qalan hissələri və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Xəbər lenti

Xəbər lenti