...

İrandan gələn şəxsin əl yükündə metallik civə və metalaxtaran detektor tapılıb

Hadisə Materials 15 Dekabr 2017 11:22 (UTC +04:00)
İrandan gələn şəxsin əl yükündə metallik civə və metalaxtaran detektor aşkarlanıb.
İrandan gələn şəxsin əl yükündə metallik civə və metalaxtaran detektor tapılıb

Bakı. Trend:

İrandan gələn şəxsin əl yükündə metallik civə və metalaxtaran detektor aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Bu səbəbdən vətəndaş saxlanılıb və ona məxsus çamadan təkrar yoxlanılıb. Yoxlama zamanı çamadanda əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron formada bəyan olunmayan 7 ədəd kiçikölçülü flakonda, təsiredici maddəsinin xalis çəkisi 48,541 qram olan metallik civə aşkar edilib. Bundan başqa, çamadanda ölkə ərazisinə gətirilməsi üçün müvafiq icazə sənədləri olmayan 1 ədəd portativ (əl) metalaxtaran detektor və 1 ədəd metalaxtaran detektorun funksiyalar bloku aşkarlanıb.

Xatırladaq ki, metallik civə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti