...

Zaqatalada və Qubada ev yanıb

Hadisə Materials 21 Dekabr 2017 03:00 (UTC +04:00)
Zaqatala rayonu, Danaçı kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır
Zaqatalada və Qubada ev yanıb

Bakı. Trend:

Zaqatala rayonu, Danaçı kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evə bitişik tikilmiş köməkçi tikili yanğından mühafizə olunmuşdur.

Quba rayonunda ümumi sahəsi 18 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Köməkçi tiklinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti