...

Paytaxtda avtomobil, Agcabədidə ev yanıb

Hadisə Materials 27 Dekabr 2017 14:46 (UTC +04:00)
Paytaxtda avtomobil, Agcabədi rayonunda ev yanıb.
Paytaxtda avtomobil, Agcabədidə ev yanıb

Bakı. Trend:

Paytaxtda avtomobil, Agcabədi rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Agcabədi rayonunda isə ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağının qamışdan ibarət tavanı 40 kv.m sahədə, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti