...

Madriddə qocalar evi yandı

Hadisə Materials 11 Yanvar 2018 13:58 (UTC +04:00)
İspaniyanın paytaxtı Madriddə qocalar evində baş vermiş yanğın nəticəsində 13 nəfər xəsarət alıb.
Madriddə qocalar evi yandı

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə qocalar evində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində 13 nəfər xəsarət alıb.

Məlumata görə, yanğın binada otaqların birində başlayıb.

Hadisə ilə əlaqədar 20 nəfər təxliyə olunub. Xəsarət alanlardan 5 nəfərin polis əməkdaşı olduğu bildirilir.

Səkkiz nəfər xəstəxanaya yerləşdirilib.

Hazırda yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti