...

Gömrükdə 46 min 200 aksiz markasız siqaret və 15 mobil telefon aşkarlandı (FOTO/VİDEO)

Hadisə Materials 23 Yanvar 2018 15:18 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.
Gömrükdə 46 min 200 aksiz markasız siqaret və 15 mobil telefon aşkarlandı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Məhəmməd Məmmədov Yasin oğlunun idarə etdiyi “HYUNDAI AF-47432A” markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Tovuz Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasıyla markalanmayan cəmi 46.200 ədəd - “Marlboro Gold edge”, “Parliament Silver blue”, “Parliament Aqua blue”, “Parliament Carat” və “Sobranie Super Slims” adlı siqaretlər aşkar edilib.

Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə 9 ədəd “Samsung Galaxy J5(6)” və 6 ədəd “Samsung Galaxy J5 prime” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti