...

Kliniki Tibbi Mərkəz: Partlayışda xəsarət alan şəxsin ayağı amputasiya olunmayıb, 2 dəfə əməliyyat olunub

Hadisə Materials 24 Yanvar 2018 11:47 (UTC +04:00)
Bakının Qaradağ rayonunda metaləritmə sexində baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəz: Partlayışda xəsarət alan şəxsin ayağı amputasiya olunmayıb, 2 dəfə əməliyyat olunub

Bakı. Samir Əli - Trend:

Bakının Qaradağ rayonunda metaləritmə sexində baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sexdə baş verən partlayış zamanı xəsarət alan 1982-ci il təvəlüdlü Ədilov Mustafa Kamal oğlu əməliyyat olunub: "Vəziyyəti ağırdır. Xəsarətləri qarın nahiyəsi və ayağındadır. Hər iki nahiyədən əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Ayağı amputasiya olunmayıb".

Qeyd edək ki, yanvarın 23-də Qaradağ rayonunda metaləritmə sexində qəfil partlayış baş verib. Partlayış nəticəsində sexin işçisi, 1982-ci il təvəlüdlü Ədilov Mustafa Kamal oğlu xəsarət alıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti