Bakı. samir Əli - Trend:
Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.
Trend-ə FHN-dən verilən məlumata görə, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.