...

Mingəçevirdə mənzildə kişi meyiti tapılıb

Hadisə Materials 2 Fevral 2018 17:16 (UTC +04:00)
Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Mingəçevirdə mənzildə kişi meyiti tapılıb

Bakı. Trend:

Mingəçevirdə mənzildə 71 yaşlı kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Babayev Qabil Ətixanpaşa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti