...

Bakıda köməksiz qalan azyaşlı xilas edilib

Hadisə Materials 7 Fevral 2018 05:56 (UTC +04:00)
Paytaxtın Qaradağ rayonunda köməksiz qalan 1 nəfər azyaşlı xilas edilib
Bakıda köməksiz qalan azyaşlı xilas edilib

Bakı. Trend:

Paytaxtın Qaradağ rayonunda köməksiz qalan 1 nəfər azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti