...

Dayısının evindən oğurluq etdilər (FOTO)

Hadisə Materials 9 Fevral 2018 13:43
Şəki rayonu Fazıl kənd sakini İlqar Məmmədov evindən pul və qiymətli əşyaların oğurlandığını bildirib.
Dayısının evindən oğurluq etdilər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Şəki rayonu sakinin evindən pul və qiymətli əşyalar oğurlanıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rayonun Fazıl kənd sakini İlqar Məmmədov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, evindən ümumi dəyəri 6000 manat dəyərində qızıl-zinət əşyaları,110 manat dəyərində bujuteriya və 600 dollarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Şəki RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, iki xalaoğlu İlham Məmmədov və Məftun Mustafayev müəyyən olunaraq saxlanılıblar.Onların ətrafında keçirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ev sahibi İ.Məmmədovun yaxın qohumları olduğu məlum olub. Onlar ifadələrində ev sakinlərinin diqqətini yayındırmaq üçün əvvəlcə həyətyanı sahədəki tövləyə qəsdən od vurduqlarını və daha sonra yaranmış şəraitdən istifadə edərək oğurluq məqsədilə evə daxil olduqlarını bildiriblər. M.Mustafayevin etibarnamə ilə icarəyə götürdüyü avtomobilə baxış zamanı onun salonundan 2 ədəd idman papağından hazırlanmış maska e ləcə də oğurlanmış qızıl-zinət əşyaları saxlanılan şəxslərin üzərindən maddi sübut kimi götürülmüşdür.

Saxlanılan şəxslərin digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti