...

Məhkəmə Saday Şəkərlinin azadlığa buraxılması ilə bağlı müraciətini rədd etdi

Hadisə Materials 15 Fevral 2018 23:30 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan, hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərlinin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb.
Məhkəmə Saday Şəkərlinin azadlığa buraxılması ilə bağlı müraciətini rədd etdi

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan, hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərlinin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müraciət araşdırılsa da, təmin edilməyib.

Hakim bildirib ki, S.Şəkərlinin cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azaldılıb və ona görə də təqsirləndirilən şəxs azadlığa buraxıla bilməz.

Xatırladaq ki, S.Şəkərli vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət etmişdi. Təqsirləndirilən şəxs müraciətində ailə vəziyyətinin ağırlığını, səhhətində ciddi problemin olmasını əsas gətirib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti