...

Salyanda tövlə yanıb, 5 baş heyvan tələf olub

Hadisə Materials 17 Fevral 2018 23:22 (UTC +04:00)
Salyan rayonunda yanğın olub.
Salyanda tövlə yanıb, 5 baş heyvan tələf olub

Bakı. Trend:

Salyan rayonunda yanğın olub.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Şorsulu kəndində ümumi sahəsi 245 m² olan tövlənin taxta atmaları, içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu və kisələrə yığılmış 2 ton buğdanın 500 kiloqramı yanıb.

Yanğın zamanı tövlədə olan 5 baş heyvan tələf olub. Ot bağlamasının, buğdanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti