Bakı. Trend:
Papua-Yeni Qvineyada gecə saatlarında başlamış zəlzələ dalğası davam edir.
Trend-in məlumatına görə, bir müddət əvvəl 6 bal gücündə növbəti zəlzələ baş verib.
Bu dəfə yeraltı təkanlar 25 km dərinlikdə baş verib.
Son məlumatlara görə, zəlzələlər nəticəsində azı 3 nəfər həlak olub.
Qeyd edək ki, daha öncə Papua-Yeni Qvineyada 7,6 bal gücündə zəlzələ baş vermiş, sonra isə 4-6 bal arasında ondan çox yeraltı təkan qeydə alınmışdı.