...

Bakıda yol qəzasında piyada ölüb

Hadisə Materials 3 Mart 2018 17:08 (UTC +04:00)
Binəqədi qəsəbəsində maşınla vurulan piyada xəstəxanada dünyasını dəyişib.
Bakıda yol qəzasında piyada ölüb

Bakı. Trend:

Martın 2-də saat 17 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Teymur Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Mübariz Xıdırovu vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti