Bakı. Trend:
Narkotik vasitə satmaqda şübhəli bilinən Lənkəran rayonunun Girdəni kənd sakini Ehtiram Baxşızadə saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, o, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3,195 qram heroin, yaşadığı evdən isə 2,207 qram heroin, 910 qram tiryək və 13,21 qram marixuana aşkar edilərək götürülüb.