...

Ağstafada evdən 17 min manata yaxın pul oğurlandı

Hadisə Materials 6 Mart 2018 14:14 (UTC +04:00)
Ağstafa rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.
Ağstafada evdən 17 min manata yaxın pul oğurlandı

Bakı. Trend:

Ağstafa rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 15 572 manat və 800 ABŞ dolları oğurlanıb.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xanlıqlar kənd sakini Məryəm Qurbanova saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti