Bakı. Trend:
Nizami rayonunda beşmərtəbəli binada yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın zirzəmisində olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.