...

Binəqədidə ev yanıb

Hadisə Materials 24 Mart 2018 17:41 (UTC +04:00)
Bakının Binəqədi rayonunda ümumi sahəsi 24 kv.m olan birotaqlı ev yanıb.
Binəqədidə ev yanıb

Bakı. Trend:

Bakının Binəqədi rayonunda ümumi sahəsi 24 kv.m olan birotaqlı ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyaları, həmçinin ümumi sahəsi 27 kv.m olan birmərtəbəli 3 otaqlı bitişik tikilmiş evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.

Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti