...

Göygöldə ev yanıb

Hadisə Materials 4 Aprel 2018 21:37 (UTC +04:00)
Göygöl rayonunda yanğın olub
Göygöldə ev yanıb

Bakı. Trend:

Göygöl rayonunda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Göygöl rayonun Zurnabad kəndində ümumi sahəsi 100 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin dəhlizinin tavanı 5 m2 və qamışdan ibarət çardağı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti