...

SON DƏQİQƏ! İstanbulda xəstəxana yanır

Hadisə Materials 5 Aprel 2018 18:41 (UTC +04:00)
İstanbulda xəstəxanalardan birində yanğın başlayıb.
SON DƏQİQƏ! İstanbulda xəstəxana yanır

Bakı. Trend:

İstanbulda xəstəxanalardan birində yanğın başlayıb. Trend-in məlumatına görə, yanğın Qazi Osmanpaşa rayonunda yerləşən "Taksim" xəstəxanasında qeydə alınıb. Yanğının xəstəxananın damında başladığı bildirilir.

Məlumata görə, hazırda xəstəxanada xəstələrin və işçi heyətin təxliyəsi aparılır.

Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Xəbər lenti

Xəbər lenti