...

Təbrizdən Nəcəfə gedən təyyarə təcili eniş edib

Hadisə Materials 5 Aprel 2018 20:32 (UTC +04:00)
İranın "ATA Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan yarım saat sonra Tehranda təcili eniş edib.
Təbrizdən Nəcəfə gedən təyyarə təcili eniş edib

Bakı. Trend:

İranın "ATA Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan yarım saat sonra Tehranda təcili eniş edib.

Trend-in məlumatına görə, təcili enişə səbəb təyyarənin mühərrikində baş verən nasazlıq olub.

Məlumata görə, təyyarə Təbrizdən İraqın Nəcəf şəhərinə gedirmiş.

Hadisə zamanı xəsarət alan olmayıb. Sərnişinlər təyyarəni tərk ediblər.

Qeyd edək ki, son iki ayda İranda 80-ə yaxın insanın ölümü ilə nəticələnən iki təyyarə qəzası olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti