Bakı. Trend:
Bakıda bərbərxana yanıb.
Trend-in FHnə istinadən verdiyi məlumata əsasən, şəhərin Xətai rayonunda ümumi sahəsi 25 m² olan dəmir konstruksiyadan ibarət bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanıb.
Yüksək temperaturdan televizor və kondisionerin üzlüyü əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.