...

Lökbatanda 3 piyada avtomobillə vuruldu, biri öldü

Hadisə Materials 17 Aprel 2018 13:16 (UTC +04:00)
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Lökbatanda 3 piyada avtomobillə vuruldu, biri öldü

Bakı. Trend:

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.

Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti