Bakı. Trend:
Biləsuvar rayonunun 4 saylı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 16 radələrində Biləsuvar rayonunun 4 saylı qəsəbəsinin ərazisində qəsəbə sakini Bəkir Quliyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən 3 saylı qəsəbə sakini - 13 yaşlı Xəzər Eyvazovu vurub. Nəticədə azyaşlı hadisə yerində ölüb.
Cəbrayıl RPŞ RPŞ tərəfindən araşdırma aparılır.