...

Şabranda piyada yol qəzasında öldü

Hadisə Materials 18 Aprel 2018 13:43 (UTC +04:00)
Şabran rayonunun Sincanboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Şabranda piyada yol qəzasında öldü

Bakı. Trend:

Şabran rayonunun Sincanboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 17-də saat 1 radələrində Şabran rayonunun Sincanboyad kəndində Balakən rayon sakini Bəşir Mutuxov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Uzunboyad kənd sakini Asim Cahangirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti