...

Bakıda polis bölməsində 3 top mərmisi aşkarlanıb (FOTO)

Hadisə Materials 20 Aprel 2018 18:30 (UTC +04:00)
17-ci polis bölməsinin inzibati ərazisində 3 ədəd boş top mərmisi aşkar olunub.
Bakıda polis bölməsində 3 top mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Nərimanov rayonu 17-ci polis bölməsinin inzibati ərazisində 3 ədəd boş top mərmisi aşkar olunub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, bu gün saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti