Türkiyədə partlayış olub, 7 ev yanıb

Hadisə Xəbər 23 Aprel 2018 10:07 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Kastamonu vilayətində partlayış olub.

Trend-in məlumatına görə, partlayış qaz sızmasından baş verib.

Hadisə nəticəsində 7 fərdi ev yanıb.

Xəsarət alan yoxdur. Yanğın söndürülüb.

Qeyd edək ki, Türkiyədə qaz sızması nəticəsində partlayış sonuncu dəfə Bursa vilayətində qeydə alınmış, bir nəfər ölmüşdü.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti