...

“Topaz” mərc oyunları məntəqəsindən oğurluq edən şəxs tutulub

Hadisə Materials 26 Aprel 2018 22:56 (UTC +04:00)
“Topaz” mərc oyunları məntəqəsindən oğurluq edən şəxs tutulub.
“Topaz” mərc oyunları məntəqəsindən oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə F.X.Xoyski küçəsindəki “Topaz” mərc oyunları məntəqəsindən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub, törətdiyi digər cinayət əməllərinin də üstü açılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər “Topaz” mərc oyunları məntəqəsindən də 1 ədəd videokamera, 1 ədəd televizor, 2 ədəd noutbuk və 50 ədəd lotoreya bileti, həmçinin rayon ərazisindəki gözəllik salonlarından birindən 1 ədəd televizor və 2000 manat dəyərində süni saç oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti