...

Siyəzəndə kanalda qadın meyiti tapılıb

Hadisə Materials 26 Aprel 2018 12:33 (UTC +04:00)

Bakı. Trend:

Siyəzəndə kanalda qadın meyiti tapılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın meyiti (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti