...

Göyçayda VAZ hasara çırpılıb: sürücünün vəziyyəti ağırdır

Hadisə Materials 28 Aprel 2018 15:21 (UTC +04:00)
Göyçay rayonunda yol qəzası baş verib.
Göyçayda VAZ hasara çırpılıb: sürücünün vəziyyəti ağırdır

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.

Rayon sakini 1987-ci il təvəllüdlü Səfər Zöhrab oğlu Rəsulov idarəetməni itirərək "VAZ 2106" markalı avtomobili hasara çırpıb.

Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti