...

"Azərbaycan Uşaqları Birliyi"nin sədrinin məhkəməsi başladı

Hadisə Materials 30 Aprel 2018 16:44 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Azərbaycan Uşaqları Birliyi"nin sədrinin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, "Azərbaycan Uşaqları Birliyi"nin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs ittiham aktı ilə tanış olmaq istədiyini bildirib və məhkəmədən vaxt istəyib.

Məhkəmə mayın 7-dək təxirə salınıb.

K. Ağazadə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyətlərindən sui-istifadə) və 178.3.2 - ci (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti