...

Nazirlik reyd keçirdi - sex sahibi barəsində akt tərtib olundu (FOTO)

Hadisə Materials 1 May 2018 09:23 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Nazirlik reyd keçirdi - sex sahibi barəsində akt tərtib olundu (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

ETSN-dən Trend-ə verilən məlumata görə, reyd zamanı Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 kub.m həcmində fıstıq cinsinə məxsus meşə materialı aşkar olunub və meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı sexin sahibi Ramil Kərimov barəsində akt tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti