...

Goranboyda top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 14 May 2018 01:34 (UTC +04:00)
Goranboyda top mərmisi tapılıb
Goranboyda top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Goranboyda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ötən gün saat 18:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:19-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Goranboy rayonu, Şadılı kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Goranboy rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş mərminin ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib .

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 13 may 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 13 ev və həyətyanı sahəyə, 10 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 13 otlaq sahəsinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına,Qarqar çayına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 3 501 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 78 665 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti