Bakı. Trend:
Misirin Hurqada kurort şəhərinin sahillərində turist yaxtası batıb. Trend-in məlumatına görə, hadisə zamanı yaxtada 14 nəfər olub.
Bildirilir ki, qəza dəniz gəzintisi zamanı baş verib. Qəzaya səbəb yaxtanın dənizdəki böyük mərcanların üzərinə çıxması göstərilib. Sahil-mühafizə xidmətinin müdaxiləsi nəticəsində yaxtadakı sərnişinlər və heyət üzvləri xilas edilib.
Qeyd olunur ki, turistlər hamısı Misir vətəndaşları olub.