Bakı. Trend:
ABŞ-ın şimal-şərqində tüğyan edən güclü külək və qasırğa 400 minə yaxın insanı işıqsız qoyub.
Trend-in məlumatına görə, Nyu-York, Nyu-Cersi, Pensilvaniya və Konnektikut ştatlarında pis hava şəraiti hökm sürür.
Küləyin sürəti saniyədə 35 metrə çatır.
Külək və qasırğa səbəbindən dəmir yolları və su nəqliyyatı işləmir.
Sinoptiklər havaların bütün həftə bu cür davam edəcəyini proqnozlaşdırır.